Türkiyədə dövlət işçilərinə xarici marka avtomobillərin istifadəsi qadağan edilib.
SmartRent Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Maliyyə və Xəzinə naziri Mehmet Şimşek bildirib.
O açıqlanan iqtisadiyyat paketində dövlət işçilərinin qanunla icazə verilən hallar istisna olmaqla xarici avtomobil istifadəsi qadağan edildiyini bildirib.
"Qəbul edilən qərarlar nəticəsində xarici markalı nəqliyyat vasitələrinin istifadəsi qadağan ediləcək. Müdafiə və təhlükəsizlik zonaları istisna olmaqla, ictimai nəqliyyatın mövcud olduğu ərazilərdə ictimai personalın servis xidməti ləğv ediləcək. Bu qərardan sonra yerli avtomobilimiz Togg-un rüsumları da artacaq. Biz 3 il ərzində dövlət sektorunda yeni avtomobillərin alınmasını və icarəsini dayandırırıq. Qanunla icazə verilən hallar istisna olmaqla, xarici nəqliyyat vasitələrinin istifadəsi qadağan ediləcək" - deyə, Mehmet Şimşek qeyd edib.
Qərar ictimai nəqliyyatda artıq "TOGG" dövrünün başlaması kimi qiymətləndirilib.
Bir müddət əvvəl Türkiyə Dəyanət İşləri başqanı Ali Erbaşın "Audi A8" markalı maşını gündəm olmuşdu. Verilən açıqlamada isə Erbaşın şəhər daxilində və şəhər xaricində müxtəlif avtomobillərdən istifadə etdiyi vurğulanmışdı.