Smart Rent MMC xəbər verir ki, daxili yanma mühərrikli krossoverlər arasında yeni rekordçu var!
Bu seqmentdəki ən güclü seriya modeli titulunun yeni sahibi Label Red versiyasında olan BMW XM krossoveridir. Onun M Hybrid güc qurğusu 748 at gücü və 1000 Nm hasil edir.
Güc baxımından Aston Martin DBX707 (707 at qüvvəsi, 900 Nm), qısa fasilədən sonra geri qayıdan Dodge Durango SRT Hellcat (720 at qüvvəsi, 875 Nm), hətta Ferrari Purosangue (725 at qüvvəsi, 716 Nm) modeli BMW krossoverindən geri qalır. Urus və Cayenne modellərinin gücü isə, ümumiyyətlə 700 at qüvvəsinə çatmır.
XM Label Red 100 km/saat həddini 3,8 saniyəyə toplayır ki, bu da adi XM modelinin müvafiq göstəricisindən 0,5 saniyə azdır. Üstəlik o, BMW model xəttindəki ən sürətli krossoverdir. Əvvəllər belə göstəriciyə X5 M/X6 M Competition modelləri malik idilər, lakin son təkmilləşdirmədən sonra onların göstəricisi 3,9 saniyəyə qədər artıb.
Bununla belə, rəqiblər arasında daha çevik modellər var: məsələn, və hibrid əlavəsi olmayan Lamborghini Urus Performante, Porsche Cayenne Turbo GT, Aston Martin DBX707 və Ferrari Purosangue 100 km/saata 3,3 saniyəyə sürətlənirlər.