Sığorta şirkətləri avtonəqliyyat vasitəsinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasından imtina edə bilməzlər.
Bu barədə Azərbaycan mərkəzi bankı (AMB) bildirib.
Belə hallarda vətəndaşlar 966 qaynar xəttinə və ya yazılı şəkildə AMB-yə şikayət edə bilərlər.
Məlumatda qeyd edilir ki, avtoicbari sığorta bazarında vəziyyətə nəzarəti gücləndirmək və problemləri aradan qaldırmaq üçün Mərkəzi bank monitorinqləri davam etdirəcək.
Ölkədə bir müddətdir kiçik mühərrikli avtomobillərin sahibləri nəqliyyatlarını sığortalamaqda çətinliklərlə üzləşdiyini bildirir.


