Maşın sığortası üzrə ən çox şikayət haradandır?

Ötən bir il ərzində Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Atəşgah Sığorta” olub.

Bununla bağlı Azərbaycan Mərkəzi Bankı bu ilin mart ayı üzrə şikayət indeksi açıqlayıb. Siyahıda “AzSığorta” ikinci, “AtaSığorta” şirkəti isə üçüncüdür.

Qeyd edək ki, siyahıda yer alan “Azsığorta” və “İpək Yolu Sığorta” şirkətlərinin könüllü müraciәti әsasında avto-icbari sığorta növünün aparılması üzrә verilәn icazәnin lәğv edilmәsi yolu ilә lisenziyalarının qüvvәsi mәhdudlaşdırılıb. Hər iki şirkət yalnız mövcud müqavilələr üzrə baş verәcәk sığorta hadisәlәrinin tәnzimlәnmәsini davam etdirir.