Dünyanın ən bahalı avtomobil brendi AÇIQLANDI

ABŞ-ın “Tesla” elektromobil şirkəti “Mercedes-Benz” və “Toyota”nı keçərək dünyanın ən bahalı avtomobil markaları siyahısında birinci yeri tutub.


Smartrent.az xəbər verir ki, bu barədə “Brand Finance” beynəlxalq analitik agentliyinin hesabatında deyilir.


Agentliyin məlumatına görə, “Tesla” brendi hazırda 66,2 milyard dollar dəyərində qiymətləndirilir. Bu, pandemiyadan əvvəlki dəyərindən beş dəfə çoxdur.


Qeyd olunub ki, ötən ilin lideri olan “Mercedes-Benz”in marka dəyəri 3 faiz azalaraq 58,8 milyard dollara, daha əvvəl ikinci yerdə olan “Toyota” isə 18 faiz azalaraq 52,5 milyard dollara düşüb.


Çin avtomobil markası “Sokon” isə illik müqayisədə 123 faiz artaraq dəyəri 739 milyon dollara çatan ən sürətli böyüyən brend seçilib.


Siyahıda həmçinin ən güclü AAA+ reytinqli avtomobil markası adlandırılan “Ferrari”nin də adı çəkilir.