Yeni “Peugeot 408”in qiymətləri bəlli oldu

Dünyanın köklü avtomobil markalarından biri olan “Peugeot”, yeni 408 modeli ilə SUV kodlu dinamik silueti və qüsursuz fastback dizaynı ilə qəlibləri qırır. 

Smart Rent a Car xəbər verir ki, 2022-ci ilin oktyabrında keçirilən Paris Avtomobil Sərgisində təqdimatı keçirilən yeni “Peugeot 408”, 2023-cü ilin mart ayı etibarı ilə satışlara başlayır.

“Peugeot”, yeni 408 ilə son dərəcə rəqabətçi C seqmentindəki məhsul seçimini artırarkən, markanın SUV sinfindəki uğurunu da davam etdirəcək. 

“Peugeot 408”də Allure və GT təchizat paketlərinə əlavə olaraq 6 fərqli rəng seçimi də tərcih etmək mümkündür. “Peugeot 408”in Allure təchizat səviyyəsi 59 min dollardan başlayan qiymətlə satışa çıxarılarkən, GT təchizat səviyyəsinə sahib “Peugeot 408” modeli isə 68 min dollardan başlayan təqdimata özəl qiymətə sahib olacaq.